DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Region güclər arasında münaqişə meydanına çevrilməməlidir - Rza Aştiani

İranın müdafiə naziri bildirib ki, bütün qonşularla münasibətlərin möhkəmləndirilməsi İslam Respublikasının xarici siyasətinin tərkib hissəsidir, lakin Ermənistan xüsusi əhəmiyyət kəsb edir.
Sputnik
BAKI, 7 mart — Sputnik. İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani Tehranda erməni həmkarı ilə görüşdə təhlükəsizlik axtarışlarının regiondan kənarda aparılmasının əks nəticə verəcəyini bildirib. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Generalın fikrincə, təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır, əks halda region bütün nəticə və təhdidlərlə fövqəldövlətlər arasında münaqişə meydanına çevriləcək.
"Biz regionun xaricilər üçün rəqabət meydanına çevrilməsinə imkan verməməliyik ki, bu da bütün region ölkələrinin təhlükəsizliyinə və sabitliyinə təsir edəcək", nazir əlavə edib.
O, həmçinin vurğulayıb ki, bütün qonşularla münasibətlərin möhkəmləndirilməsi İslam Respublikasının xarici siyasətinin tərkib hissəsidir, lakin Ermənistan xüsusi əhəmiyyət kəsb edir:
"Ermənistan müstəqillik əldə etdikdən sonra iki ölkə arasında münasibətlər müxtəlif sahələrdə inkişaf edir.İranın region ölkələrinin ərazi bütövlüyü və suverenliyini dəstəkləməklə bağlı qətiyyətli mövqeyə sahibdir".
Ermənistanın müdafiə naziri Suren Papikyan da öz növbəsində ölkəsinin İranla tarixi əlaqələrini və dostluğunu yüksək qiymətləndirib və İrəvanın ikitərəfli münasibətləri daha da inkişaf etdirməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, hər iki ölkənin regional sabitliklə bağlı oxşar fikirlərinin olması çox vacibdir və regional təhlükəsizliyə nail olmaq üçün daha sıx münasibətlərə çalışmaq lazımdır.