BAKI, 6 mart — Sputnik. Martın 6-da bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən bəzi hadisələr baş verib.
Martın 6-da kimlər dünyaya gəlib?
Rüstəm Rəhimov (1948) - Sovet futbolçusu, ümumittifaq kateqoriyasının fəxri hakimi, Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimidir. O, Bakıda anadan olub. Rəhimov futbol karyerasına Bakının "Neftçi" klubunda başlayıb. O, futbol karyerasını başa vurduqdan sonra hakim vəzifəsinə təyin olunub. Rüstəmin hakim kimi son oyunu 1994-cü ildə keçirilən Birlik Kubokunun finalı olub.
Nikolay Baybakov (1911-2008) - Sovet dövlət xadimi, SSRİ Nazirlər Şurası sədrinin müavini və SSRİ Dövlət Plan Komitəsinin sədridir (1965-1985).
Nikolay Baybakov
© Sputnik / Владимир Акимов
Mikelancelo Buonarroti (1475-1564) - italyan heykəltəraşı, rəssam, memar və şairdir. O, memarlıqda "Barokkonun atası" hesab olunur. Onun ən məşhur heykəltəraşlıq əsərləri arasında "David", "Pyeta", Papa II Yulinin məzarı üçün Musa və Rahil heykəlləri var.
Ziyarətçi muzeydə Mikelancelo Merisi de Karavacconun əsərinə baxır, arxiv şəkli
© AFP 2024 / STEPHANE DE SAKUTIN
Qabriel Qarsiya Markes (1927-2014) - kolumbiyalı yazıçı-nasir, jurnalist və siyasi xadimdir. O, Neyştadt Beynəlxalq Ədəbiyyat Mükafatı və Ədəbiyyat üzrə "Nobel" mükafatı laureatıdır.
Qabriel Qarsiya Markes
© AFP 2024 / HASSE PERSSON
Mixail Jvanetski (1934-2020) - Sovet və Rusiya satirik yazıçısı, kinossenari müəllifi, teleaparıcı, aktyor və RF xalq artistidir. O, 1988-2020-ci illərdə Moskva Miniatürlər Teatrının bədii rəhbəri, 1990-2020-ci illərdə Ümumdünya Odessa Vətəndaşları Klubunun prezidenti olub.
Valentina Tereşkova (1937) - Sovet kosmonavtı, dünyanın ilk qadın kosmonavtı, general-mayor və Rusiya Federasiyası Dövlət Dumasının deputatıdır.
Svetlana Morqunova (1940) - SSRİ Mərkəzi Televiziyasının diktoru, televiziya və radio aparıcısı, Rusiya Federasiyasının xalq artistidir.
Tatyana Bulanova (1969) - Sovet və Rusiya estrada müğənnisi, aktrisa, RF əməkdar artisti və iki dəfə "Ovatsiya" mükafatı laureatıdır.
Şakil O'Nil (1972) amerikalı basketbolçu, şərhçi, basketbol teleeksperti, repçi və aktyordur. O, Olimpiya çempionu (1996), 1994-cü il Dünya çempionu, dördqat NBA çempionudur (2000-2002, 2006). Şakil 1996-cı ildə NBA tarixinin 50 ən yaxşı oyunçusu siyahısına daxil edilib və siyahının ən gənc oyunçusu olub. Basketbolçu idman karyerasını başa vurduqdan sonra TNT idman kanalında teleaparıcı və şərhçi kimi çalışır.
Şakil O'Nil
© AFP 2024 / Dimitrios Kambouris
Martın 6-da dünyada baş verən tarixi hadisələr
1521-ci ildə portuqaliyalı Fernan Magellan dünya səyahəti zamanı Quam adasını kəşf edib.
1790-cı ildə ABŞ-ın ilk Prezidenti Corc Vaşinqtonun şəxsi stomatoloqu Con Qrinvud stomatoloji boru icad edib.
1869-cu ildə rusiyalı alim Dmitri Mendeleyev Rusiya Kimya Cəmiyyətinə kimyəvi elementlərin dövri cədvəlini təqdim edib.
1899-cu ildə alman kimyaçısı Feliks Hoffmann aspirin üçün patent alıb. Alim ilk dəfə 1897-ci ilin avqustunda Elberfelddə (Almaniya) "Bayer" əczaçılıq şirkətinin laboratoriyasında kimyəvi cəhətdən təmiz asetilsalisil turşusunu sintez etməyə nail olub.
1902-ci ildə İspaniyanın Real Madrid klubu yaradılıb. FİFA tərəfindən XX əsrin ən yaxşı futbol komandası elan edilib və heç vaxt La Liqanı tərk etməyib. Klubun adı ilə olan tac loqosu 1920-ci ildə Kral XIII Alfonso tərəfindən verilib.
2000-ci ildə Prezident Heydər Əliyev "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman imzalayıb. Fərman qadın və kişilərin hüquq bərabərliyinə, xüsusən də onların dövlət idarəetmə sistemində lazımi səviyyədə təmsil olunmasına yönəlmiş mühüm addımdır.