"Festival çox maraqlıdır. Burada maariflənidirici kontentlərdən ibarət mühazirələr, müxtəlif əyləncəli fəaliyyətlər, o cümlədən çoxlu sayda mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulub. Biz burada olduğumuz müddətdə yarmarkaya qatıldıq, müxtəlif ölkələrin mədəniyyət nümunələri ilə tanış olduq. Həmin yarmarkada suvenirlər hədiyyə olundu, iştirakçılar öz adət-ənənələrini nümyiş etdirdilər. Öz növbəmizdə biz də Azərbaycanda məşhur olan şeyləri onlarla bölüşdük. Biz özümüzlə çoxlu hədiyyəlik suvenirlər gətirmişik, artıq onların çoxusunu buradakı inşalara hədiyyə etmişik. Azərbaycnaın cənub bölgəsində yetişdirilən çay, eyni zamanda armudu stəkan da gətirmişik. Hədiyyələrimiz arasında qadın baş geyimi olan kəlağayı da var" - həmsöhbətimiz deyib.
"Festivalla bağlı gözlnətilərimiz bizi aldatmadı. Bizim üçün maraqlı məqam Rusiyanın təhsil sistemi idi. Bilirik ki, Rusiya təhsil sistemi çox məşhurdur. Mən dünən bu barədə mühazirəyə qatıldım və bu, mənim üçün çox maraqlı oldu" - M.Əliyev bildirib.
"Bu festival bizim üçün müsbət xatirələrlə yadda qalacaq. Hesab edirəm ki, bu festival bizim üçün çox yaxşı imkanlar təqdim edir. Buradakı bütün insanlar yeni əməkdaşlıqlara açıqdır. Festival ərzində planlaşdırılmış görüşlərimiz var. Bu festivalın verdiyi imkanlardan istifadə etməyin bizə yeni uğurlar qazandıracağına inanıram".