İDMAN

"Neftçi"nin uduzma statistikası açıqlandı: Rekord vurub

"Neftçi”nin ən çox uduzduğu komanda “Qarabağ”dır. Ona 40 dəfə məğlub olub.
Sputnik
BAKI, 4 mart - Sputnik. “Neftçi” Azərbaycan çempionatlarında 200-cü dəfə məğlub olub.
Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, bu, Premyer Liqanın XXV turunda "Qarabağ"la görüşə (1:4) təsadüf edib.
“Ağ-qaralar”ın xal qazanmadığı 200-cü matç ölkə çempionatlarındakı 914-cü qarşılaşmaya təsadüf edib.
“Neftçi”nin ən çox uduzduğu komanda “Qarabağ”dır. Ağdam təmsilçisi Azərbaycan derbilərində 40-cı dəfə “ağ-qaralar”ı xalsız qoyub (Report).