BAKI, 4 mart — Sputnik. Haitinin paytaxtı Port-o-Prensində minlərlə məhbusun həbsxanadan qaçması səbəbindən fövqəladə vəziyyət və komendant saatı tətbiq olunub.
Bu barədə Rusiya mediadsı Fransanın "Le Monde" qəzetinə istinadən xəbər verib.
Nəşrin məlumatına görə, Haitinin paytaxtının tərkibində olduğu departament bazar ertəsindən çərşənbə gününə kimi yerli vaxtla saat 18:00-dan səhər 05:00-a qədər (Moskva vaxtı ilə saat 10:00-dan 21:00-a qədər) və 10 mart bazar günü yerli vaxtla saat 20:00-dan səhər 05:00-a qədər bütün ərazidə komendant saatı tətbiq edir (Moskva vaxtı ilə saat 12:00-dan 21:00-dək).
Nəşrin məlumatına görə, 3,6 mindən çox insan həbsxanadan qaçıb. Həbsxananı ziyarət edən "France-Presse" (AFP) agentliyinin jurnalisti bildirir ki, qapılar açıqdır və binanın içərisində "demək olar ki, heç kim yoxdur".
Xatırladaq ki, bir gün əvvəl, martın 3-də silahlı qruplaşmaların Port-o-Prensində yerləşən Haitinin əsas həbsxanasını ələ keçirdikləri barədə məlumat verilib. Həbsxananı mühafizə edən hüquq-mühafizə orqanları quldurların hücumuna qarşı çıxa bilməyiblər. Penitensiar xidmətinin (APENA) əməkdaşlarının məlumatına görə, cinayətkarların dəqiq neçə məhbusu azad edə bildiyi bilinmir, lakin bunun "əhəmiyyətli" və 3,6 mindən çox olduğu qeyd edilir.