BAKI, 3 mart - Sputnik. Pakistan Müsəlman Liqasının (PML) sədri Şahbaz Şərif ölkənin yeni baş naziri seçilib. Bu barədə TASS xəbər yayıb.
Ölkənin Milli Assambleyasında (parlamentin aşağı palatası) səsvermə prosedurunu yerli PTV News kanalı yayımlayıb.
Parlamentin aşağı palatasının yeni çağırışının 336 deputatından 201-i PML-N liderinin lehinə səs verib.
Onun Pakistan hökumətinin başçısı postu uğrunda mübarizədəki rəqibi - Milli Assambleyanın yeni çağırışının deputatlarına müstəqil namizəd kimi daxil olmuş Ədalət Uğrunda Hərəkat Partiyasının baş katibi Ömər Əyyub Xan cəmi 92 səs toplayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.