BAKI, 3 mart - Sputnik. Çin Rusiya və Ukrayna arasında sülh danışıqlarının təşviqi üçün səylərini davam etdirməyə hazırdır. Bunu Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey Moskvada Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşdə bildirib.
“Çin sülh danışıqlarını təşviq etmək, Rusiya, Ukrayna və digər müvafiq tərəflər arasında vasitəçilik etmək üçün səylərini davam etdirməyə, konsensusa nail olmağa və Ukrayna böhranının yekun siyasi həllinə yardım etməyə hazırdır” - çinli diplomatbildirib.
Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey
© Sputnik / Пресс-служба МИД РФ
/ Onun qənaətinə görə, Pekin və Moskva Çin-Rusiya münasibətlərinin daha da inkişafına töhfə verməlidir.
“Hər iki tərəf iki ölkənin dövlət başçılarının əldə etdiyi əsas mühüm konsensusa əsaslanmalı və ikitərəfli münasibətlərin gələcək inkişafına kömək etməlidir”.
Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey Ukraynadakı münaqişənin həlli yollarını tapmaq məqsədi daşıyan ikinci turu çərçivəsində Moskvaya təşrif buyurub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.