BAKI, 2 mart — Sputnik. Qışdan sonra immun sistemi zəifləyir və nasazlıq yarana bilər.
Bu barədə aif.ru saytı xəbər verib.
İmmun sistemi müxtəlif orqanlardan, o cümlədən qaraciyər, dalaq, appendiks, timus, sümük iliyi, limfoid toxuma və qan hüceyrələrindən ibarət böyük və mürəkkəb sistemdir.
İmmuniteti qorumaq üçün ən yaxşı addım sağlam həyat tərzi sürməkdir. Ancaq immun sistemini gücləndirmək üçün dərmanların istifadəsi təhlükəli ola bilər. İmmunostimulyatorlar yalnız immun sistemini araşdırdıqdan sonra həkim tərəfindən təyin edilə bilər.
Düzgün qidalanma və idman immunitet sistemini gücləndirməyə kömək edir. Pəhrizinizə daha çox meyvə və tərəvəz əlavə etmək, həmçinin daha tez-tez gəzmək məsləhətdir. Bundan əlavə, vaxtında peyvənd etməyi unutmayın.