CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 1 mart – FOTO

Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - bu barədə Sputnik Azərbaycan icmalında oxuyun.
Sputnik
BAKI, 1 mart — Sputnik. Martın 1-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr bəzi hadisələr baş verib.
Martın 1-də kimlər dünyaya gəlib?
Vasif Dadaşov (1939-2017) - Sovet və Azərbaycan mühəndis-energetiki, "Araz" su elektrik stansiyasının (SES) baş mühəndisi və direktoru (1971-1976), MDB-nin əməkdar energetikidir. O, Azərbaycanın milli enerji sisteminin qabaqcıllarından biridir.
Vasif Dadaşov
Timur Vaynşteyn (1974) - rusiyalı prodüser, rejissor, ssenarist, NTV kanalının (2015-ci ildən) və "Premyer" şirkətinin (2020-ci ildən) baş prodüseridir. O, Bakıda anadan olub və "Parni iz Baku" (Bakılı Oğlanlar) Şən və Hazırcavablar Klubu (KVN) komandasının bədii rəhbəridir.
Timur Vaynşteyn
Frederik Şopen (1810-1849) - polyak bəstəkar və virtuoz pianoçudur. Onun yaradıcılığı Avropa musiqi mədəniyyətinin inkişafına mühüm təsir göstərib. Şopen romantizm əsasında prelüd, etüd, ekspromt kimi musiqi formalarını canlandırıb. Bəstəkar iki fortepiano konserti, üç sonata, dörd ballada, altmış mazurka, on altı polonez, on yeddi vals, iyirmi yeddi etüd yazıb.
Frederik Şopen şəkli
Ced Allan (1935-2019) - amerikalı teatr və kino aktyorudur. "Santa Barbara" teleserialında Kepvellər ailəsinin patriarxı SiSi rolu ona ən böyük populyarlıq gətirib. Aktyorun uğurları arasında "Lessi", "Həyatımızın günləri" və "Beverli-Hills, 90210" seriallarındakı rollar da var.
İrina Kupçenko (1948) - Sovet və Rusiya teatr və kino aktrisası, RF xalq artistidir. Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının aparıcı artistidir. "Aşiqlər haqqında roman", "Başqa insanların məktubları", "Qəribə qadın", "Adi bir möcüzə" və s. filmlərdə rol alıb.
İrina Kupçenko
Tomas Anders (1963) - alman pop müğənnisi, aktyor, bəstəkar və "Modern Talking" qrupunun keçmiş solistidir. Onun diskoqrafiyasında 18 studiya albomu var, bunlardan üçü Florian Zilberayzen ilə duet şəklində yazılıb. Müğənninin karyerası boyu 26 musiqi klipi çəkilib.
Tomas Anders
Anna Semenoviç (1980) - rusiyalı fiqurlu konkisürən, aktrisa, müğənni və "Blestyaşiye" pop qrupun keçmiş solistidir. O, dəfələrlə beynəlxalq yarışlarda mükafatlar qazanıb. Ağır menisk zədəsi və sonrakı əməliyyat onu fiqurlu konkisürməni tərk edib musiqi ilə məşğul olmağa məcbur edib.
Anna Semenoviç
Nastasya Samburskaya (1987) - rusiyalı teatr və kino aktrisası, müğənni, televiziya aparıcısıdır. Onun ən böyük populyarlığı "Univer. Yeni Yataqxana" və "Univer. 10 il sonra" seriallarındakı Kristina Sokolovskaya roluna görə olub.
Nastasya Samburskaya
Castin Biber (1994) - kanadalı pop-R&B müğənnisi, musiqiçi və aktyordur. 2016-cı ildə "Qremmi" mükafatının 58-ci illik təqdimat mərasimində "Ən yaxşı rəqs yazısı" kateqoriyasında mükafat qazanıb.
Castin Biber
Martın 1-də dünyada baş verən tarixi hadisələr
1565-ci ildə Braziliyada Portuqaliyanın Rio-de-Janeyro koloniyası qurulub.
Rio-de-Janeyroda İsa Məsihin heykəli
1780-ci ildə Pensilvaniya köləliyi qadağan edən ilk ABŞ ştatı olub.
1845-ci ildə ABŞ Prezidenti Con Tayler Texas ştatının ABŞ yurisdiksiyasına daxil edilməsi haqqında fərman imzalayıb. Texas uzun illərdir ki, ABŞ və Meksika arasında mübahisə obyektidir və təxminən 12 ildir ki, ABŞ, Belçika, Hollandiya və İngiltərə onu müstəqil dövlət kimi tanıyıb.
1873-cü ildə "Reminqton" şirkəti ilk çap maşını istehsalına başlayıb.
1920-ci ildə Azərbaycanın ilk milli xəbər agentliyi olan AZƏRTAC fəaliyyətə başlayıb.
AZƏRTAC-ın yeni binası
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.