BAKI, 29 fevral — Sputnik. Rusiya və onun tərəfdaşları təhlükəsiz logistik dəhlizlər yaratmağa davam edəcəklər. Bunu Rusiya dövlət başçısı Vladimir Putin bildirib.
"Biz dost dövlətlərlə birlikdə effektiv və təhlükəsiz logistik dəhlizlər yaratmağa davam edəcəyik", - Putin Federal Məclisə müraciətində bildirib.
Onun sözlərinə görə, Qərbin özü öz valyutalarını və bank sistemini gözdən salır:
"Onlar onilliklər boyu oturduqları budağı kəsirlər".
"Biz tərəfdaşlarla bərabər, qarşılıqlı hörmət və bir-birimizin maraqları nəzərə alınmaqla fəaliyyət göstəririk. Ona görə də getdikcə daha çox dövlət Rusiyanın iştirakı ilə Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı, ŞƏT, BRİKS və digər assosiasiyaların işinə fəal şəkildə qoşulur" - prezident vurğulayıb.
Putin bildirib ki, NATO-nun İsveç və Finlandiya hesabına şərqə doğru genişlənməsi Rusiya Federasiyası Silahlı Qüvvələrinin (SQ) qərb istiqamətində qruplaşmalarının ciddi şəkildə gücləndirilməsi zərurətini yaradır:
"NATO-nun şərqdə növbəti genişlənməsi və İsveç və Finlandiyanın alyansda iştirakı ilə bağlı təhdidləri neytrallaşdırmaq üçün qərb strateji istiqamətdə qruplaşmaları gücləndirmək ciddi şəkildə lazımdır".
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə illik müraciəti ilə çıxış edir.
Konstitusiyaya uyğun olaraq, Rusiya prezidenti hər il Federal Məclisə ölkədəki vəziyyət, daxili və xarici siyasətin əsas istiqamətləri haqqında mesajla müraciət edir.
Prezidentin müraciəti Rusiya Federasiyasının inkişaf vektorunu müəyyənləşdirir və bir qayda olaraq qanunların və fərmanların əsasına çevrilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.