"Şəkərçörək" əslində "şirin çörək" deməkdir. Ancaq bu, heç də çörək deyil, çox zərif, yağ ətirli tez ovulan peçenyedir. Bloger Leyla Həsənova bizə onu necə düzgün hazırlamağı göstərib.
Bu gün Azərbaycanda Novruz bayramı öncəsi ilk çərşənbə axşamı - "su çərşənbəsi" qeyd olunur. Xalq inanclarına görə, ilk çərşənbə axşamı su yenilənir. Günəş çıxanda su üçün çaya və ya bulağa getmək adətdir.
Hər bir ailə mütləq Novruz bayramının ayrılmaz simvolu olan səməni – cücərmiş buğda toxumu əkməyə başlayır.