İDMAN

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

Nikita Simonov halqalarla hərəkətdə fəxri kürsünün birinci pilləsinə qalxıb.
Sputnik
BAKI, 25 fevral - Sputnik. Almaniyanın Kotbus şəhərində keçirilən dünya kubokunda iştirak edən Azərbaycan gimnastı uğurlu nəticə qazanıb.
Yığmanın üzvü Nikita Simonov qızıl medal əldə edib.
O, buna halqalar ilə hərəkətlərin icrasında nail olub.
Xatırladaq ki, Azərbaycan gimnastı Nikita Simonov Misirin Qahirə şəhərində keçirilən Dünya kubokunda finala vəsiqə qazanıb.
O, idman gimnastikası üzrə yarışda buna nail olub.
Simonov Azərbaycan Gimnastika Federasiyasının (AGF) 2023-cü ilin yekunlarına əsasən ilin ən yaxşı gimnastlarından biri olub. Reytinq sıralamasında 4-cü olan Nikita Simonov V İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı, Dünya kubokunun qalibidir.