CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 23 fevral – FOTO

Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
Sputnik
BAKI, 23 fevral — Sputnik. Fevralın 23-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Fevralın 23-də kimlər dünyaya gəlib?
Şəmsi Bədəlbəyli (1911-1986) - Azərbaycan SSR xalq artisti və teatr rejissorudur. Onun səhnələşdirdiyi tamaşalar arasında "Arşın mal alan", "Durna", "Hicran" tamaşalarını qeyd etmək olar.
Şəmsi Bədəlbəyli
Anatoli Banişevski (1946-1997) - sovet futbolçusu, "Neftçi" futbol klubunun kapitanı, SSRİ beynəlxalq dərəcəli idman ustasıdır. Anatoli SSRİ milli komandasının heyətində 50 oyun keçirib və 20 qol vurub.
Bakının "Neftçi" komandasının hücumçusu, SSRİ yığmasının üzvü Anatoli Banişevski. 1971-ci il.
Həmid Araslı (1909-1983) - Azərbaycan ədəbiyyatşünası, akademiki, professoru və filologiya elmləri doktorudur. Alim müxtəlif illərdə Nəsimi, Kişvəri, Əmani, Saib Təbrizi, Qövsi Təbrizi, Məhcür Şirvani, Vaqif, Vidadi və başqa görkəmli şairlər haqqında tədqiqatların müəllifidir. O, Nizami və Füzuli irsinin öyrənilməsinə mühüm töhfələr verib.
Karl Yaspers (1883-1969) - alman filosofu, psixoloqu və psixiatrı, ekzistensializmin əsas nümayəndələrindən biridir. Psixogen xəstəliklərin diaqnostikası üçün meyarları işləyib hazırlayıb, şüur pozuntularının təsnifatını verib.
Karl Yaspers
Yevgeni Krılatov (1934-2019) - Sovet və Rusiya bəstəkarı, Rusiyanın Xalq artistidir. O, 160-dan çox film və cizgi filminin musiqi müəllifidir.
Yevgeni Krılatov
Oleq Yankovski (1944-2009) - Sovet və Rusiya teatr, kino aktyoru, kinorejissoru və SSRİ xalq artistidir. O, "Qalxan və qılınc", "İki yoldaş xidmət edirdi", "Eyni Münxauzen", "Yuxuda və reallıqda uçuşlar", "Nostalji", "Adi bir möcüzə" filmlərindəki rolları ilə tanınıb.
Oleq Yankovski
Fevralın 23-də dünyada baş verən tarixi hadisələr
1874-cü ildə Böyük Britaniyada mayor Uolter Vinqfild açıq havada oynanılan tennis oyunu üçün patent alıb.
1893-cü ildə alman mühəndisi Rudolf Dizel dizel mühərriki üçün patent alıb.
Mühərrik
1941-ci ildə ABŞ-da Qlenn Siborqun rəhbərliyi ilə Kaliforniya Universitetinin bir qrup alimi ilk dəfə olaraq plutonium radioaktiv elementini əldə edib.
2010-cu ildə BMT Baş Assambleyasının qətnaməsinə əsasən, martın 21-i Beynəlxalq Novruz Günü elan edilib.
Novruz
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.