CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək – Komitə sədri

Parlamentin Regional məsələlər komitəsinin sədri deyib ki, Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub və layihələr bələdiyyələrin problemlərinin həlli ilə bağlıdır.
Sputnik
BAKI, 23 fevral - Sputnik. "Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub". Bunu parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin bugünkü iclasında deyib.
Onun sözlərinə görə, layihələr bələdiyyələrin problemlərinin həlli ilə bağlıdır və artıq komitəyə təqdim olunub:
“Layihələrdə bələdiyyələrin sayının azaldılması, birləşməsi ilə bağlı məsələ yer alıb”.
S.Novruzov bildirib ki, layihələrdən biri “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında”, digəri isə “Bələdiyyələrin statusu haqqında”dır:
“Belə ki, əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaq. Bu da bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq”.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzəsi müzakirəyə çıxarılıb. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.