"Koksaki virusunu qızılcadan fərqləndirən cəhətlər xəstəliyin gedişatıdır. Koksaki virusuna yoluxma zamanı uşaqda 37-37,5 hərərət müşahidə olunur. Ağızətrafı, əl-ovuc içi, ayaq-pəncə altı, dərialtı səpgilər müşahidə olunur, ayaqda ağrılar meydana gəlir. Xəstəlik bir həftə, on gün müddətində davam edir. Qızılca xəstəliyi koksakidən onunla fərqlənir ki, qızılcaya yoluxmada yüksək hərarət, boğaz ağrısı, quru öskürəkdən dörd-beş gün sonra səpgi başlayır. Səpgi yanaq, alınətrafından başlayaraq mərhələli şəkildə digər ətraflara yayılır. Həkimlər də səpginin hansı virusun əlaməti olduğunu səpginin yayılmasına görə müəyyənləşdirirlər" - İlhamə Abbasova bildirib.
"Əgər xəstə yeməkdən, sudan imtina edirsə, hərarət 39-39,5 dərəcədirsə, halsızlıq, baş ağrısı şikayətləri varsa stasionara yerləşdirilməlidir. Çünki, ikili-üçlü virusa yoluxma pnevmoniya, meningit, ensefalit kimi ağırlaşmalara səbəb ola bilər" - həkim-infeksionist bildirib.