BAKI, 22 fevral — Sputnik. "Rusiya Ukrayna arasında davam edən müharibədə on minlərlə insan həlak olub. Burada böyük bir insan fəlakəti baş verir".
Bunu Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının Bakıda keçirilən 14-cü Plenar Sessiyasının açılışında deyib.
"Bu, eyni zamanda, Rusiya ilə bütövlükdə Qərbin müharibəsidir. Əgər bu problem zamanında həllini tapmasa, bunun qlobal müharibəyə çevriləcəyi aşkardır" - o əlavə edib.
Numan Kurtulmuş Qəzzada baş verən son proseslərin də region baxımından ciddi narahatlıq doğurduğunu bildirib.
"Buna görə də sülh naminə dünyada bu cür əməkdaşlıqlara ehtiyac var. Bütün bu problemlər həllini tapmasa, qorxuram ki, qarşıdakı dönəm dünyada daha böyük silkələnməyə səbəb olacaq".
19.02.24, 21:16
TBMM sədri Azərbaycana gəlir
Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Numan Kurtulmuş fevralın 21-də Azərbaycana səfər edəcək.
O, fevralın 21-dən 24-dək Bakıda keçiriləcək Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasına qatılacaq.
Tədbirdə İran, Rusiya və digər ölkələrin parlamentlərinin nümayəndə heyətinin iştirakı gözlənilir.
Sessiyanın sonunda Bakı Bəyannaməsi və Asiya Parlament Assambleyasının yekun hesabatı qəbul olunacaq.
Qeyd edək ki, Azərbaycan 2024-2025-ci illər üzrə Asiya Parlament Assambleyasına sədrlik edəcək.