CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 21 fevral – FOTO

TarixBu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
Sputnik
BAKI, 21 fevral — Sputnik. Fevralın 21-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Fevralın 21-də kimlər dünyaya gəlib?
Böyükağa Mirzəzadə (1921-2007) - Azərbaycan SSR xalq rəssamıdır. Onun yaradıcılığında Azərbaycan incəsənət ustalarının "Dirijor Niyazi", "Balerina Rəfiqə Axundova", "Akademik Məmməd Arif", "Aşıq Ələsgər", "Şəmsi Bədəlbəyli" portretləri silsiləsi xüsusi yer tutur.
Böyükağa Mirzəzadə
Pyotr Konçalovski (1876-1956) - rusiyalı və sovet rəssamı, Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) xalq rəssamıdır.
Pyotr Konçalovski
Vera Alentova (1942) - Sovet və Rusiyanın teatr və kino aktrisası, Rusiya Federasiyasının xalq artistidir. O, rejissor Vladimir Menşovun "Moskva göz yaşlarına inanmır" bədii filminin nümayişindən sonra şöhrət qazanıb.
Alan Rikman (1946-2016) - ingilis aktyoru və rejissorudur. Aktyor "Qızıl Qlobus" və "Emmi" mükafatlarının qalibidir.
Alan Rikman
Nikolay Rastorquyev (1957) - sovet və rusiyalı musiqiçisi, Rusiya Federasiyasının xalq artisti, deputat və "Lyube" qrupunun rəhbəridir.
Nikolay Rastorquyev
Sofi Törner (1996) – ingiltərənin teatr və kino aktrisasıdır. O, "Taxt-tac oyunları" serialındakı Sansa Stark rolu ilə məşhurlaşıb.
Sofi Törner
Fevralın 21-də dünyada baş verən tarixi hadisələr
1804-cü ildə İngiltərədə Riçard Trevitik tərəfindən ixtira edilən buxarla işləyən dəmir yolu paravozunun ilk uğurlu sınaqları baş tutub.
Finist qatarının buraxılışı - Lastochka-nın ilk tamamilə idxalı əvəz edən analoqu
1811-ci ildə ingilis kimyaçısı Hemfri Devi kəşf etdiyi qazın - xlorun xüsusiyyətləri haqqında məlumat verib.
1842-ci ildə amerikalı Con Qrinou tikiş maşını üçün ABŞ-ın ilk patentini alıb.
Dərzi Etibar Əliyevin tikiş maşını.
1878-ci ildə ABŞ-da, Nyu-Heyven şəhərində (Konnektikut ştatı) dünyanın ilk telefon məlumat kitabçası nəşr olunub. Bu kitabçada telefonları olan 50 fiziki şəxs, müəssisə və digər ofislər bardə məlumatlar qeyd edilib.
1996-cı ildə Azərbaycanda AR Prezidenti yanında Hüquq İslahatlar Komissiyası yaradılıb.
1999-cu ildə Banqladeş hökumətinin təşəbbüsü ilə UNESCO fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Bu tarixin təsis edilməsində məqsəd dil və mədəni müxtəlifliyi qorumaqdır.
Ana dili abidəsi
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.