BAKI, 20 fevral - Sputnik. Rusiya Federasiyası həmişə nüvə silahının kosmosda yerləşdirilməsinin qəti əleyhinə olub və indi də onun əleyhinədir, bu mövqe aydın və şəffafdır.
Bunu Rusiya dövlət başçısı Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.
“Bu sual son vaxtlar Qərbdə, o cümlədən ABŞ-da nüvə silahlarının kosmosda yerləşdirilməsi ilə bağlı artan səs-küylə bağlıdır. Bizim mövqeyimiz aydın və şəffafdır: biz həmişə nüvə silahının kosmosda yerləşdirilməsinin qəti əleyhinə olmuşuq” - deyə dövlət başçısı bildirib.
Putin bildirib ki, Rusiya kosmosda digər ölkələrin etdiyini edir və ABŞ-ın bundan xəbəri var.
"Kosmosa gəldikdə, biz kosmosda yalnız digər ölkələrin, o cümlədən ABŞ-ın etdiklərini edirik" - Putin deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.