"Həmin dövrdə Azərbaycanı dayandırmaq istəyən qüvvələr Azərbaycan-Türkiyə münasibətlərinin gücündən çəkinirdilər. Ölkəmizin təhlükəsizliyi baxımından Türkiyə ilə münasibətlər çox vacibdir".
"Azərbaycan prezidenti Münhen konfransında keçirdiyi görüşlərdə də münasibətlərin normallaşdırılmasının Azərbaycan və Ermənistanın işi olduğunu xüsusi vurğulayırdı. Blinkenlə görüşü zamanı vurğuladı ki, heç bir halda Azərbaycan-ABŞ münasibətləri Ermənistan münasibətlərin normallaşma prosesindən asılı ola bilməz. Azərbaycan prezidenti bununla mesaj verdi ki, Ermənistan amilindən siyasi spekulyasiyalar üçün istifadə edilməsindən əl çəkilməlidir. Təbii ki, Azərbaycan prezidenti Türkiyəyə ilk rəsmi səfəri ilə Avropa platformasındakı mövqeyə əlavə dəstəkləyici elementlər qatmış oldu” - Elşad Mirbəşiroğlu vurğulayıb.
"Azərbaycan ordusunda artıq Türkiyə hərbi modeli tətbiq olunur. Ölkələr arasında ticarət əlaqələri dərinləşir, enerji nəqli msəsələsində əməkdaşlıq genişlənir. Bunlar hamısı gündəmin əsas mövzuları idi. Azərbaycan Prezidentinin Türkiyəyə səfəri həm də qlobal miqyasda verdiyi mesaj idi. Burada verilən açıqlamaları da təsadüfi hesab etmək olmaz” - politoloq bildirib.