DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Van İ: Çin və Rusiya qlobal sabitliyə töhfə verir

Rusiya Federasiyası ilə Çin arasında dostluq münasibətləri bloklara qoşulmamaq və hər hansı qarşıdurmadan imtina prinsiplərinə əsaslanır.
Sputnik
BAKI, 18 fevral - Sputnik. Rusiya və Çin birlikdə bütün dünyada və xüsusilə Asiya-Sakit okean regionunda sabitliyə töhfə verirlər.
Çinin xarici işlər naziri Van İ bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib. Çixiş konfransın saytında birbaşa yayımlanıb.
Nazir vurğulayıb ki, Rusiya Federasiyası ilə Çin arasında dostluq münasibətləri bloklara qoşulmamaq və hər hansı qarşıdurmadan imtina prinsiplərinə əsaslanır.
O, həmçinin əlavə edib ki, Pekin Ukrayna böhranının həllinə kömək etməkdən heç vaxt imtina etməyib. Belə ki, Çin sədri Si Cinpin həm Rusiya, həm də Ukrayna tərəfləri ilə bu məsələni müzakirə edib. Bundan əlavə, Çin bu mövzuda öz mövqeyini dərc edib və münaqişə tərəfləri arasında vasitəçilik etmək üçün xüsusi nümayəndəsini göndərib.
“Bütün bunların arxasında Çinin nail olacağına ümid bəslədiyi yalnız bir məqsəd var – münaqişəyə son qoymaq üçün konsensusa nail olmaq və sülh danışıqlarına yol açmaq”, - İ deyib.
Bundan əvvəl Pekin Aİ-nin Rusiya ilə işləyən Çin şirkətlərinə qarşı sanksiyalarını qeyri-qanuni adlandırmışdı. Çin Xarici İşlər Nazirliyi Pekin və Moskva arasındakı münasibətlərə “üçüncü tərəflərin” müdaxiləsini qəbuledilməz adlandırıb və buna baxmayaraq, sanksiyaların tətbiq olunacağı təqdirdə Çinin öz müəssisələrinin hüquq və maraqlarını qorumaq üçün tədbirlər görəcəyini bildirib.