RUSİYA

Putin Karlsonla müsahibəsinin ətrafındakı həyəcanın nədən qaynaqlandığını açıqlayıb

Karlsonla söhbətində Putin Ukraynadakı vəziyyətdən və Rusiyanın Qərblə münasibətlərindən danışıb. Müsahibəyə 200 milyondan çox istifadəçi baxıb.
Sputnik
BAKI, 18 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsonun müsahibəsi ətrafında yaranan həyəcanın insanların həqiqəti bilmək istəyi ilə bağlı ola biləcəyi barədə fikir bildirib.
Dövlət başçısının sözlərini jurnalist Pavel Zarubin özünün “Telegram” kanalında sitat gətirib.
“Güman edə bilərəm ki, bu həm ölkəmizdə, həm də dünyada çox sayda insanın alternativ nöqteyi-nəzərə sahib olmaq və həqiqəti öyrənmək istəyi ilə əlaqədardır” - Putin bildirib.
Xatırladaq ki, iki saatlıq müsahibə fevralın 9-na keçən gecə internetdə yayılıb. Karlsonla söhbətində Putin Ukraynadakı vəziyyətdən və Rusiyanın Qərblə münasibətlərindən danışıb. Müsahibəyə 200 milyondan çox istifadəçi baxıb.
Kreml rəsmisi Dmitri Peskov qeyd edib ki, Putinin Karlsonla söhbətinin əsas məqsədinə nail olunub - Rusiya prezidenti bütün dünyada eşidilib.
08.02.24
Amerikalı jurnalist Taker Karlsonun Moskvaya gəlişi və Rusiya prezidenti Vladimir Putinlə söhbəti ABŞ və Rusiyada böyük əks-səda doğurub, müsahibəni gözləyirik və təhlil olunacaq. Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
"Karlsonun özünün şəxsiyyəti və onun Rusiyaya gəlişi və Putinlə müsahibəsi nəinki ABŞ, hətta bizdə belə xüsusi rezonansa səbəb olan hadisədir. Aydındır ki, bu, insanların gözlədiyi müsahibədir" - deyə Peskov jurnalistlərə bildirib.
O vurğulayıb ki, dövlət başçısı ilə istənilən müsahibə çox mühüm hadisədir və xüsusən də xarici nümayəndə ilə müsahibə belə qəbul olunur.
Daha əvvəl Peskov Putinin Karlsona müsahibə verdiyini təsdiqləyib. O, qeyd edib ki, dövlət başçısı mövqeyi digərlərindən fərqli olduğu üçün məhz bu jurnalistə müsahibə verib. O, rusiyapərəst deyil, Ukraynayönlü deyil, daha çox amerikapərəstdir".
Peskovun sözlərinə görə, Karlsonun mövqeyi ənənəvi anqlo-sakson mediasının mövqeyindən fərqlidir.