RUSİYA

Putin: Rusiya iqtisadiyyatının qeyri-enerji hissəsi əvvəlkindən daha sürətlə böyüyür

Avropa ölkələri Rusiya qazından imtinanın Rusiyanı çökdürəcəyinə ümid edirdilər, lakin Moskvada deyil, onlarda dönməz proseslər baş verməyə başladı.
Sputnik
BAKI, 18 fevral — Sputnik. Rusiya iqtisadiyyatının qeyri-enerji hissəsi əvvəlkindən daha sürətlə inkişaf edir.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Prezident əlavə edib ki, avrozona ölkələri Rusiyadan mavi yanacaq alanda Rusiya Federasiyası daha çox pul qazanırdı.
“Bununla belə, Rusiya enerjidən nə qədər az asılı olsa, bir o qədər yaxşıdır” - Putin vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, Avropa ölkələri Rusiya qazından imtinanın Rusiyanı çökdürəcəyinə ümid edirdilər, lakin Moskvada deyil, onlarda dönməz proseslər baş verməyə başladı.
Daha əvvəl Putin 2023-cü ildə Rusiya iqtisadiyyatının artımının dünya üzrə orta göstəricidən yüksək olduğunu bildirib. Ötən il Rusiya Federasiyasında ÜDM 3,6%, inkişaf etmiş ölkələrin iqtisadiyyatında isə 1,5% artıb.
12.02.24
Son bir ildə Rusiya iqtisadiyyatının artımı dünya üzrə orta göstəricidən yüksək olub. Belə ki, inkişaf etmiş ölkələrin iqtisadiyyatı 1,5% artır.
Bunu Rusiya Prezidenti Vladimir Putin iqtisadi məsələlər üzrə müşavirədə bildirib.
2023-cü ildə Rusiyanın ÜDM-i 3,6% artıb, yanvarda Rusiya büdcəsinin kəsiri 308 milyard rubl təşkil edib. Ötən il bu məbləğ 1,3 trilyon rubl olub.
Dövlət başçısı müvafiq məlumatları təqdim edib.
"Ötən il iqtisadi artım gözləniləndən yüksək olub. Rusiyanın ÜDM-i artıb, indiyədək biz -3,5%, son məlumatlara görə isə 3,6% hesablamışıq. Bu, qlobal orta göstəricidən yüksəkdir. Dünyada bu rəqəm orta hesabla 3% təşkil edir, inkişaf etmiş ölkələrin iqtisadiyyatı isə orta hesabla 1,5% artır" - Vladimir Putin vurğulayıb.
Bundan əvvəl Beynəlxalq Valyuta Fondu 2024-cü il üçün Rusiya iqtisadi artımı ilə bağlı proqnozunu 2,6%-ə qədər artırdığı hesabatını dərc edib. Oktyabr ayında fond 2024-cü ildə ÜDM-in 1,1% artımını proqnozlaşdırmışdı.
2025-ci il üçün proqnoz da 0,1 faiz bəndi yuxarıya doğru- 1,1%-ə qədər düzəldilib. 2023-cü ilin sonunda Rusiya iqtisadiyyatı, BVF-nin hesablamalarına görə, əvvəllər proqnozlaşdırılan 1,5-2,2 faizə qarşı 3 faiz artıb.