BAKI, 16 fevral — Sputnik. Qərbin Ukraynadan öz məqsədləri üçün istifadə etməsi nəticəsində ölkə Avropanın ən kasıb dövlətinə çevrilib.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Avromaydan: Ukraynanın itirilmiş onilliyi” konfransındakı çıxışı zamanı deyib.
"Qərb Ukraynadan Rusiyanı hər mənada cilovlamaqdan ötrü istifadə edir. Hazırda özlərinin etiraf etdikləri kimi - necə deyərlər, Rusiyaya strateji məğlubiyyət vermək üçün" – Lavrov sözünə davam edib.
"Nəticədə hələ Sovet İttifaqının tərkibində olarkən, daha sonra isə Sovet İttifaqından, Rusiya imperiyasından qismətinə ən zəngin sənaye potensialı düşən Ukrayna, Avropanın ən kasıb dövlətinə çevrilib. Mübaliğəsiz, tükənməkdə olan bir əraziyə. Kiyev hakimiyyəti isə artıq hamı tərəfindən qəbul edilmiş beynəlxalq dilənçilərdir" – Lavrov bildirib.
"Rusiya ilə Qərb arasında münasibətlərin bərpası bizdən asılı deyil, Moskvanın xeyirxah jestlərinin həddi tükənib" - Rusiya XİN başçısı qeyd edib.
Lavrov əlavə edib ki, Kiyevlə dialoq məsələsində top Moskvanın meydançasında deyil. Ən başda Zelenski danışıqları qadağan edən fərmanı ləğv etməlidir.