RUSİYA

Rusiyalı tədqiqatçılar bənövşəyi taxıllı buğda sortunu hazırlayıblar

Yumşaq yazlıq buğdanın yeni sortu yüksək məhsuldarlığa malikdir, daha qısa yetişmə müddəti və yüksək quraqlığa davamlılığı ilə xarakterizə olunur.
Sputnik
BAKI, 15 fevral — Sputnik. Timiryazev Akademiyasının alimləri buğdanın yeni sortunu hazırlayıblar. O, taxılların rəngi ilə fərqlənir – taxıllar bənövşəyi rəngə malikdirlər.
Bu barədə Akademiyanın mətbuat xidmətindən "RİA Novosti"yə məlumat verilib.
Tədqiqatçıların fikrincə, bu buğda funksional qidalanmada istifadə edilə bilər. Belə məhsullar insan orqanizminin fəaliyyətini yaxşılaşdırmaq üçün istifadə edilir, müalicəvi və profilaktik pəhrizə əlavə olunur.
"Yumşaq yazlıq buğdanın yeni sortu yüksək məhsuldarlığa malikdir, daha qısa yetişmə müddəti və yüksək quraqlığa davamlılığı ilə xarakterizə olunur" - alimlər əlavə ediblər.
Buğda Rusiyanın Mərkəzi, Mərkəzi Qara Torpaq və Volqa-Vyatka bölgələrində becərilərsə, ən yaxşı məhsul əldə ediləcək. Bu təcrübə bütün dünyada tətbiq olunur və hazırda Rusiya Federasiyasına da gəlib çatıb.
Əvvəllər bildirilmişdi ki, Voronej vilayətində orqanik məhsulların istehsalı üzrə işlər uğurla aparılır. Orqanik əkinçilik kimyəvi gübrə və pestisidlərdən istifadə etmədən məhsul yetişdirmək texnologiyasıdır.