SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qərbin məqsədi bölgənin yeni konfiqurasiyasını qurmaqdır - Politoloq

Azərbaycan tərəfi bölgəyə müdaxilə imkanlarını açıq saxlayan bu cür missiyanın prosesə müsbət təsir göstərməyəcəyini müxəlif səvviyyələrdə dəfələrlə bəyan edib.
Sputnik
BAKI, 14 fevral — Sputnik. "Avropa İttifaqı Missiyası himayəsi" altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına təhdiddir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları ilə bağlı şərhində bildirilib.
Hər kəsə yaxşı bəllidir ki, Azərbaycanın Aİ Missiyasının fəaliyyətinə mənfi münasibəti onun regionda təşəkkül tapdığı gündən olub.
Azərbaycan tərəfi bölgəyə müdaxilə imkanlarını açıq saxlayan bu cür missiyanın prosesə müsbət təsir göstərməyəcəyini müxəlif səvviyyələrdə dəfələrlə bəyan edib. Azərbaycan_Ermənistan şərti sərhədində yaşanan son hadisələrdən sonra Missiyanın fəaliyyətinin sorğulanması yenidən gündəmə gətirilib. Hadisələrdən sonra açıqlama verən Qərb və Rusiya rəsmiləri tərəfləri hərbi toqquşmalardan çəkinməyə çağırdı. Ancaq bu çağırışların nə qədər effektiv olacağı sual doğurur. Azərbaycan və Ermənistan təxribatlardan uzaq durmağa çalışdıqlarını israrla bəyan etdikləri halda, faktiki olaraq Ermənistan tərəfindən Azərbaycan ərazisi atəşə tutulub. Bu atəşin geniş miqyaslı hərbi eskalasiyaya çevrilməsinin bölgəyə yaxşı heç nə vəd etmədiyi hər kəsə bəllidir. Çünki bölgədə maraqları bir çox qlobal güclərin tutacağı mövqe hərbi əməliyyatların coğrafiyasını genişləndirə bilər.
Bəs bütün bunların niyə baş verdi?
Mövzu ilə Sputnik Azərbaycan-a danışan politoloq Elşən Manafov deyir ki, baş vermiş qarşıdurma heç şübhəsiz Qərbdə bəlli dairələrin Azərbaycanı təxribata cəlb etmək istəyindən irəli gəlir:
"Məqsəd Azərbaycanı bu təxribata münasibətdə daha radikal addımlar atmağa sövq etmək, hərbi əməliyyatların Ermənistan ərazisinə keçəcəyi təqdirdə Aİ-nin Azərbaycana qarşı sanksiya tətbiq etməsinə nail olmaq idi".
Politoloq Elşən Manafov
Politoloqun sözlərinə görə, hadisələrin bu cür cərəyan edəcəyi təqdirdə Azərbaycanın neft-qaz sənayesinə embarqo tətbiq edilməsinə dair də fikirlər ortalıqda dolaşır.
Elşən Manafov hesab edir ki, Aİ-nin bu məsələdə sırf neft-qaz sektoru ilə bağlı embarqo məsələsində israrlı olacağının istisna edir:

"Hazırda Rusiya ilə ciddi qarşıdurma şəraitində olan Qərb alternativ enerjiyə, o cümlədən Azərbaycan neft və qazına ehtiyac duyur. Təxribatın arxasındakı niyyət Azərbaycan-Ermənistan şərti sərhədində geniş miqyaslı əməliyyatların baş verəcəyi təqdirdə regionda aqressiyanın səviyyəsini artırmaq idi. Bütün bunlarla sülh danışıqlarının davam etdirilməsinə əngəl yaratmaq məqsədi güdülür".

Qərb istəyir ki, sülh danışıqları prosesi Brüsseldə davam etsin deyən Elşən Manafov bildirir ki, Rusiyanı bölgədən sıxışdırmaq istəyirlər:
"Bu insident Rusiyanın münaqişəyə cəlb olunması üçün provakasiya ola bilər. Çünki hadisələrin bu cür cərəyan etməsi ilə Ermənistan KTMT-yə müraciət edərək Azərbaycanla Rusiyanı üz-üzə qoymaq niyyətini gerçəkləşdirə bilərdi. Ancaq Ermənistanda çox gözəl bilirlər ki, Rusiya hadisələrin bu istiqamətdə inkişafına imkan verməyəcək. Ermənistan hakimiyyətinin Qərbyönümlü siyasəti Rusiyanın maraqlarına cavab vermir. Rusiya Azərbaycanla ikitərəfli müttəfiqlik münasibətlərinin inkişafında maraqlıdır. Bu baxımdan Rusiyanı fəaliyyətsizlikdə ittiham etməyə tələsən erməni siyasi elitası Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsinin gücləndirilməsində maraqlıdır".
Politoloq Ermənistan iqtidar partiyasının təmsilçisi Melikunyanın açıqlamasını xatırladıb:

"Melikunyan bildirir ki, Ermənistan Azərbaycanla hərbi balansı yaratmayana qədər, sülh danışıqlarından söhbət gedə bilməz. Ermənistanın sürətlə silahlanması sülh danışıqlarının imitasiya xarakterli olmasından başqa bir şey deyil. Ermənistanı silahlandıran isə Qərbdəki bəlli dairələrdir. Qərbin məqsədi Paşinyan iqtidarı vasitəsilə bölgənin yeni konfiqurasiyasını qurmaqdır. Mövcud vəziyyət Qərbin maraqlarına cavab vermir. Azərbaycanın da "3+2" formatında əməkdaşlığa önəm verməsi Qərbin maraqlarına cavab vermir. Təxribatı guya Paşinyana müxalifətdə olan qrupun nümayəndəsi tərəfindən törədilməsi ilə bağlı yayılan xəbərlər hədəf yayındırmaq məqsədi daşıyır".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
TƏHLİL
Şərti sərhəddə atəşkəsi hədəfə alanların məqsədi nədir?