DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO-nun dağılması zaman məsələsidir, Avropa təkbaşına qalır

Nəşr "Trampın Respublikaçılar Partiyasından olan varisinin" gələcəkdə NATO əleyhinə siyasətini bərpa edə biləcəyini istisna etmir.
Sputnik
BAKI, 13 fevral — Sputnik. Gələcəkdə ABŞ prezidenti kimin seçilməsindən asılı olmayaraq, NATO-nun dağılması zaman məsələsinə çevrilib, Avropa tək başına qalıb. Bu barədə "Politico" nəşri yazıb.
Nəşr ABŞ-ın keçmiş prezidenti və dövlət başçısı vəzifəsinə namizəd Donald Trampın Avropanı "Amerika təhlükəsizlik köpüyü"ndən kənarlaşdıran bəyanatını xatırladır. Xüsusilə, Tramp deyib ki, o, prezident olarkən NATO-nun adı açıqlanmayan "böyük ölkəsi"nin rəhbəri ondan Rusiyanın "hücum" edəcəyi təqdirdə Vaşinqtonun alyansı müdafiə edib-etməyəcəyini soruşub. Tramp ona bunu etməyəcəyini, çünki NATO ölkələri müdafiə üçün kifayət qədər vəsait ayırmadığını deyib.
Eks-prezident əlavə edib ki, Rusiya Federasiyasını dəstəkləyəcək.
"ABŞ-nin NATO qarşısındakı öhdəliyini belə birbaşa və əsaslı şəkildə şübhə altına almaqla o, Alyansın ürəyinə bir bıçaq vurdu. Onun yenidən seçilib-seçilməməsinin indi praktiki olaraq əhəmiyyəti yoxdur: Avropa tək başınadır. Seçkilərin Avropa təhlükəsizliyi üçün cavab verəcəyi yeganə əhəmiyyətli sual NATO-nun nə vaxt dağılacağıdır" - "Politico" qeyd edir.
Nəşrin yazdığına görə, ABŞ Prezidenti Co Baydenin administrasiyası da öz növbəsində ölkənin hazırkı liderinin yenidən seçiləcəyi təqdirdə Alyansın əvvəlki kimi təhlükəsiz olacağını bəyan edəcək.
Eyni zamanda, "Politico" qeyd edir ki, 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkiləri nəticəsində hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Trampın "Amerikanı yenidən möhtəşəm et" prinsipi ölkə siyasətinə təsirini davam etdirəcək. Nəşr "Trampın Respublikaçılar Partiyasından olan varisinin" gələcəkdə NATO əleyhinə siyasətini bərpa edə biləcəyini istisna etmir.
Tramp bundan əvvəl Alyansın işindən narazılığını bildirmiş və avropalı tərəfdaşların öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyəti daşımasalar, ABŞ-ın təşkilatdan çıxacağı ilə hədələmişdi.
ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Sorğular Trampı Respublikaçıların praymerizində aşkar favorit kimi göstərir.