İQTİSADİYYAT

Azərbaycanda avtomobillərin qiymətinin qalxacağı tarix açıqlandı

Eldəniz Cəfərov bildirib ki, avtomobil bazarında canlanma Novruz tətillərindən sonra müşahidə olunacaq.
Sputnik
BAKI, 13 fevral — Sputnik. Azərbaycanda avtomobillərin qiyməti aprel ayından etibarən bahalaşacaq. Bunu Sputnik Azərbaycan-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib.
Onun sözlərinə görə, ölkəyə idxal olunan avtomobillərin qiymətinin aprel ayından 5 faiz artacağı gözlənilir. Həmçinin idxal olunan köhnə avtomobillərin qiyməti 3 faiz bahalaşacaq.
Ekspert deyib ki, buna səbəb ölkəyə idxal olunan avtomobillərə istehsal ili 4-7 ilədək olduqda 400, 7 ildən artıq olduqda 700 manat utilizasiya haqqının ödənilməsidir.
O, avtomobil bazarında canlanmanın Novruz tətillərindən sonra müşahidə olunacağını da söyləyib.