CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 12 fevral - FOTO

Bu gün dünyada və ölkədə müxtəlif illərdə baş vermiş hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 12 fevral - Sputnik. Fevralın 12-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün tarixə düşən hadisələr də baş verib.
12 fevralda kimlər anadan olub?
İslam Səfərli (1923-1974) - Azərbaycan sovet yazıçısı, şairi və dramaturqu, Azərbaycan SSR əməkdar artisti. “Göz həkimi”, “Ana ürəyi”, “Xeyir və Şər”, “Dədəgünəş əfsanəsi” və s. əsərlərinin müəllifidir.
İslam Səfərli
Avraam Linkoln (1809-1865) - ABŞ-ın 16-cı prezidenti (1861-1865), ABŞ-da köləliyi ləğv edən milli qəhrəman.
Авраам Линкольн
Çarlz Darvin (1809-1882) - İngilis təbiətşünası və səyyahı, canlı orqanizmlərin bütün növlərinin zamanla təkamül keçirməsi və ortaq əcdadlardan törəməsi fikrini ilk dəfə əsaslandıran və nəticəyə gələnlərdən biri. 1859-cu ildə "Növlərin mənşəyi" kitabında ətraflı təqdimatı dərc olunan nəzəriyyəsində Darvin təbii seçməni növlərin təkamülünün əsas mexanizmi adlandırdı.
Çarlz Robert Darvin
Li Byung-chul (1910-1987) - Koreyalı iş adamı, Samsung korporasiyasının yaradıcısı. Onun ləqəbi Hoamdır.
Kristina Riççi (1980) - Amerikalı aktrisa və prodüser. Qaranlıq şəxsiyyətlərlə qeyri-ənənəvi personajları oynamaqla məşhurlaşdı. Ricci bir sıra mükafatlar qazanıb, o cümlədən, Ən Yaxşı Köməkçi Aktrisa üçün Milli Rəy Şurasının Mükafatı və Ən Yaxşı Qadın Aktrisa üçün Sputnik Mükafatı.
Kristina Riççi
Yeqor Şip (2002) - Rus videoblogger, müğənni. 2020-ci ildə o, Hype House Rus TikTok evinin yaradıcılarından biri oldu, lakin tezliklə qalma şərtlərini pozduğuna görə qovuldu. Sonra Freedom Team House-u təsis etdi.
Fevralın 12-də dünyada baş verən tarixi hadisələr
1818-ci ildə Çili müstəqilliyini elan edib.
Çili bayrağı, arxiv
ABŞ-da Miçiqan Dövlət Universiteti 1855-ci ildə yaradılıb.
2009-cu ildə Bakıda beynəlxalq avtovağzal kompleksi istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Dördmərtəbəli avtovağzal kompleksində müasir standartlara cavab verən şərait yaradılıb.
Avtovağzal, arxiv
2015-ci ildə Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının ilk iclası keçirilib. Görüş zamanı “Cənub Qaz Dəhlizi” layihəsinin icrası, idarə olunması və vəziyyəti ilə bağlı müzakirələr aparılıb.
Cənub Qaz Dəhlizi
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.