RUSİYA

Peskov Putinin Karlsona verdiyi müsahibəsinə Qərbin emosional reaksiyasını şərh edib

Kremlin rəsmi nümayəndəsi bildirib ki, Rusiya liderinin amerikalı jurnalistə verdiyi müsahibəsi özünün əsas məqsədinə çatıb.
Sputnik
BAKI, 12 fevral — Sputnik. Qərb liderlərinin amerikalı jurnalist Taker Karlsonun Rusiya Prezidenti Vladimir Putinlə baş tutan müsahibəyə emosional reaksiya vermələri əsas deyil, əsas bu müsahibə ilə tanış olmalarıdır.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov jurnalistlərə deyib.
"Bizim üçün əsas Qərb ölkələrinin liderlərinin söhbətin məzmunu ilə tanış olamları idi" - Peskov qeyd edib.
Siyasətçi həmçinin Qərb jurnalistlərinin Rusiya liderinə kəskin suallar vermədiyinə görə Karlsonu tənqid etmələrinə də münasibət bildirib. Peskov vurğulayıb ki, Qərb, əksinə, şanslıdır ki, Karlson müsahibəni kəskinləşdirməyib, çünki əks halda çoxlarının xoşuna gəlməyən "çox kəskin cavablar" ala bilərdi.
Bu yaxınlarda Kreml nümayəndəsi qeyd edib ki, bu müsahibə bütün dünyada izlənilib və eşidilib, baxış rəqəmləri isə dünyanın ən populyar yayımçılarının reytinqini nəzərəçarpacaq dərəcədə üstələyib.
Karlsonun Putinlə baş tutatn müsahibəsi fevralın 9-na keçən gecə dərc olunub. İki saatlıq söhbətin əhəmiyyətli hissəsi Ukrayna münaqişəsi və Rusiyanın ABŞ, NATO və ümumilikdə Qərblə münasibətlərinə həsr olunub. Jurnalist özü bu yaxınlarda qeyd edib ki, ötən il o, Rusiya lideri ilə müsahibə aparmağa çalışsa da, ABŞ hakimiyyətindən buna qadağa qoyulub.