“Bildiyiniz kimi, 2023-cü ilin sentyabrında “Vostochnı” kosmodromunda keçirilən sammit zamanı KXDR-in dövlət məsələləri üzrə sədri Kim Çen In Rusiya prezidentini Pxenyana səfərə dəvət edib. Bu dəvəti bu yaxınlarda ölkəmizə səfəri zamanı KXDR-in xarici işlər naziri Çoi Sonq Hui də təsdiqləyib. Səfərin konkret tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq” - diplomat bildirib.
“Yanışmalarda ciddi fərqlərə baxmayaraq, fevralın əvvəlində Seulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən məsləhətləşmələrdə oxşar anlaşmanı təsdiqləyən Cənubi Koreyalı tərəfdaşlarımızla açıq ünsiyyət kanallarını saxlamağın vacib olduğuna inanırıq. Koreya Respublikası müxtəlif səviyyələrdə təmaslarda Rusiya ilə qurulmuş əlaqələri kəsməmək və perspektivli bazarımıza qayıtmaq imkanını saxlamaq istəyini nümayiş etdirir” - diplomat deyib.