SƏHİYYƏ

Dietoloq yaşlanma əleyhinə məhsullar haqqında danışıb

İstehlak edilən şəkər və duzun miqdarını izləmək, həmçinin təmiz su içmək və çəkinizi idarə etmək eyni dərəcədə vacibdir.
Sputnik
BAKI, 10 fevral — Sputnik. Düzgün qidalanma bədənin bioloji qocalmasını ləngidə bilər.
Bunu dietoloq Janna Tixanıçeva bildirib.
"Pravda.Ru" ilə söhbətində o, yaşa bağlı dəyişikliklərlə mübarizə aparmağa kömək edən məhsullardan danışıb.
Mütəxəssis A vitamini (kök, ərik, balqabaq, qaraciyər) və C vitamini ilə zəngin qidalara (bolqar bibəri, sitrus meyvələri, kivi, duzlu kələm, göyərti, qara qarağat) diqqət etməyi məsləhət görüb. O, A vitamininin dəri hüceyrələrinin bərpasına kömək etdiyini, C vitamininin isə kollagenin sintezində iştirak etdiyini və bədəndə bərpaedici prosesləri dəstəklədiyini izah edib.
Bundan əlavə, tərkibində E vitamini (qoz, brokoli, avokado, balıq, yumurta, qaraciyər, toyuq əti) və B vitamini (paxlalılar, qoz-fındıq, qaraciyər, ət, tam taxıl) olan qidalar qida rasionunuza əlavə edilməlidir. Onlar dərinin elastikliyini və hamarlığını artırır, həmçinin epidermisin bərpasını təşviq edir.
İstehlak edilən şəkər və duzun miqdarını izləmək, həmçinin təmiz su içmək və çəkinizi idarə etmək eyni dərəcədə vacibdir.