BAKI, 8 fevral — Sputnik. Qərb Rusiya qarşı tətbiq olunan sanksiyaların təsirinin effektsizliyini dərk edərkən psixoloji sarsıntı yaşayıb.
Bunu Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti və Media ilə Qarşılıqlı Əlaqələr Komissiyasının sədri Aleksey Puşkov fevralın 8-də komissiyanın iclasında deyib.
"Avropa İttifaqı (Aİ) tərəfindən 12 sanksiya paketi və ABŞ tərəfindən böyük miqdarda sanksiyalar qəbul edilib. Nəticələr bəs necədir? Nəticələrdən biri isə Qərbin tətbiq etdiyi sanksiyaların çox məhdud effektə malik olduğunu görəndə keçirdiyi psixoloji sarsıntıdır" – diplomat qeyd edib.
O qeyd edib ki, hazırda bu sanksiyalar rublun məzənnəsini aşağı salıb və digər cüzi təsirlər göstərib, lakin tezliklə onların hamısı aradan qaldırılıb.
Puşkov vurğulayıb ki, Qərb ölkələri tamamilə fərqli nəticəyə ümid ediblər, ancaq onların tətbiq etdikləri sanksiyalar uğursuz olub və Rusiya iqtisadiyyatı üçün istədikləri miqdarda çətinliklər yaratmayıb.
Rusiya Prezidenti Vladimir Putin həmçinin qeyd edib ki, Qərbdə sanksiya təzyiqlərinə görə Rusiya iqtisadiyyatının çökəcəyini gözləyiblər, lakin Rusiya Avropa və ABŞ iqtisadiyyatlarından fərqli olaraq, daha da müsbət nəticə göstərib.