BAKI, 8 fevral — Sputnik. NATO Avropa İttifaqını məhv edəcək.
Bu fikri Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
"Vaşinqton NATO-nun köməyi ilə Avropa İttifaqını məhv edir. Avropa dövlətləri isə suverenliklərini itirdikləri üçün həlli asan olmayan problemlərlə üzləşirlər" - o, özünün "Teleqram" kanalında yazıb.
"Şimal axını"ndakı terror aktı ilə bağlı aparılan araşdırmalardan danışan Volodin qeyd edib ki, Almaniya cinayətkarları tapmağa çalışsa da, İsveç artıq istintaqı dayandırıb.
"Bu, təsadüfi deyil. İsveç NATO-ya qoşulma prosedurundan - Amerika hegemonluğu strukturundan keçir" - siyasətçi əlavə edib.
Əlavə edək ki, çərşənbə günü Stokholmun fövqəladə vəziyyətlə bağlı təhqiqatın dayandırıldığını elan etdiyi məlum olub. İsveç tərəfi boru kəmərlərində baş verənlərdə krallıq vətəndaşlarının əli olduğunu aşkar etməyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, Rusiya "Şimal axını" partlayışları ilə bağlı araşdırmalara nəzarət edəcək. Rusiya tərəfi dəfələrlə istintaqın gedişi ilə bağlı məlumat istəyib, lakin ona rədd cavabı verilib.