"Təbii ki, biz ümumi seçki hüququnun təmin edilməsi kimi mühüm fundamental prinsiplərin Azərbaycan qanunvericiliyində nə dərəcədə təsbit edildiyinə, gizli səsvermə üçün şəraitin necə təmin olunduğuna, qanunvericilikdə açıq və şəffaf seçkilərə nə dərəcədə təminat verildiyinə baxdıq. Bu prinsiplər nöqteyi-nəzərindən dəyərləndirdik və belə bir nəticəyə gəldik", qazaxıstanlı parlamentari bildirib.
"Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra ilk belə seçkidir. Və daha bir şey: MSK-nın planına baxsanız, hiss edirsiniz ki, iradənin azad ifadəsi üçün şərait yaradılması ilə bağlı çox iş görülüb. Konstruktiv şəraitdə aparılan təşviqat işləri üçün bütün namizədlərə lazımi şərait yaradılıb. Sizi belə bir tarixi hadisə münasibətilə ürəkdən təbrik edir, sizə uğurlar arzulayıram. Əminəm ki, müdrik Azərbaycan xalqı öz gələcəyi naminə düzgün seçim edəcək", müşahidəçi fikrini tamamlayıb.