BAKI, 7 fevral — Sputnik. ABŞ-ın Medison şəhərində yerləşən Viskonsin Universitetinin bioloqları ilk dəfə olaraq 3D printerdən istifadə edərək həqiqi beyin kimi böyüyə və işləyə bilən insan beyin toxuması yaradıblar. Bu barədə "Gazeta.Ru" xəbər verib.
Üçölçülü çap üçün adi yanaşma ilə materialın təbəqələri bir-birinin üstünə şaquli şəkildə yığılır. Yeni tədqiqatda alimlər, hüceyrələrin bir-birinə yaxın yerləşdiyi, masanın üstündə olan karandaş kimi üfüqi istiqamətdə olmasını təklif ediblər. Eyni zamanda onlar beyin hüceyrələrini daha yumşaq bir gelə yerləşdirirlər, bu sayəsində material kifayət qədər möhkəm olur, lakin neyronların bir-birinə qarımasına və siqnal mübadiləsinə imkan verir.
"Biz beyin qabığını və korpus striatumu çap etdik. Tapdıqlarımız olduqca heyrətamiz idi. Hətta beynin müxtəlif hissələrinə aid fərqli hüceyrələri çap etdikdə belə, onlar yenə də bir-biri ilə tamamilə xüsusi və spesifik şəkildə danışa bilirdilər" - alimlər qeyd ediblər.
Çap edilmiş beyin toxuması Daun sindromlu, Alzheymer və ya Parkinson xəstəliklərində hüceyrələr arasındakı siqnalların ötürülməsini öyrənmək, həmçinin yeni dərmanların sınaqdan keçirilməsi üçün istifadə edilə bilər. Texnologiya xüsusi bioçap avadanlığı və ya hüceyrə mədəniyyəti üsullarını tələb etmir və buna görə də bir çox laboratoriyalar üçün əlçatan ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.