DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tokayev yeni baş nazir təyin etdi: Moskvadan zəng gəldi

Baş nazirlər qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə birgə fəal işləməyə hazır olduqlarını təsdiqləyiblər.
Sputnik
BAKI, 6 fevral — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident Administrasiyasının keçmiş rəhbəri Oljas Bektenovu Baş nazir təyin edib.
Rusiyanın baş naziri Mixail Mişustin Qazaxıstan hökumətinin başçısı təyin edilən Oljas Bektenovla telefonla danışıb. Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Mişustin həmkarını yeni vəzifəsi münasibətilə təbrik edib.
Baş nazirlər qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə birgə fəal işləməyə hazır olduqlarını təsdiqləyiblər.
"Söhbət zamanı hökumət başçıları Rusiya-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlığının mütərəqqi inkişafının və Avrasiya İqtisadi İttifaqında inteqrasiya qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıblar" - məlumatda bildirilir.
Bundan başqa, Tokayev Yerjan Sadenovu yenidən daxili işlər naziri təyin edib. Madi Takiyev isə ölkənin maliyyə naziri vəzifəsinə təyin olunub.
Tokayev Aybek Dadebayevi Prezident Administrasiyasının rəhbəri təyin edib.