DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Orban Aİ-də səsvermə hüququndan məhrum edilməklə hədələnib

Macarıstanın baş naziri ilə danışıqlarda Orbanla bir çox məsələlərdə oxşar mövqedə olan İtaliya hökumətinin başçısı Corce Meloni böyük rol oynayıb.
Sputnik
BAKI, 4 fevral - Sputnik. Macarıstanın baş naziri Viktor Orban Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımını dəstəkləməkdən imtina edərsə, Avropa İttifaqında səsvermə hüququndan məhrum edilməklə hədələnib.
Bu barədə “Corriere della Sera” məlumat yayıb.
Nəşrin yazdığına görə, bu məsələ ilə bağlı yekdil qərar Aİ üçün təkcə yardımın ayrılmasına görə deyil, həm də cəmiyyətdə parçalanma üçün presedent yaratmaq təhlükəsinə görə əsas idi.
Nəticədə, Orban “ağ qarğa” olmaq istəməyərək Avropa İttifaqının tələbləri ilə razılaşıb. Macarıstanın baş naziri ilə danışıqlarda Orbanla bir çox məsələlərdə oxşar mövqedə olan İtaliya hökumətinin başçısı Corce Meloni böyük rol oynayıb.
Fevralın 1-də Aİ Ukraynaya ittifaq büdcəsindən 50 milyard avro məbləğində maliyyə yardımı ayırmağa qərar verib. İttifaq Macarıstanın təklifi ilə razılaşıb və pulların xərclənməsinə nəzarət mexanizmi qurub.
Bundan əvvəl Viktor Orban bəyan etmişdi ki, Ukraynadakı münaqişənin uzadılması Ukrayna qüvvələrinin döyüş meydanında mövqeyinin yaxşılaşmasına gətirib çıxarmayacaq, çünki zaman Rusiyanın tərəfindədir.