BAKI, 3 fevral — Sputnik. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,2 ABŞ dolları, yaxud 4,85 % azalaraq 82,3 ABŞ dolları təşkil edib.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 78,70 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
30.0124
Dünya bazarlarında neft qiymətləri bahalaşır. Yaxın Şərq regionunda geosiyasi gərginliyin artması tədarüklə bağlı narahatlıqları artırıb. Bu da neft qiymətlərinə təsir göstərir.
"Brent" markalı neft 17 sent artaraq 82,57 dollar, ABŞ-ın Qərbi Texas nefti 17 sent bahalaşaraq 76,95 dollar olub.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 80 sent artaraq 87,40 dollar təşkil edib.
Analitiklərin fikrincə, neftin qiymətinin 80 dollar üzərində olması Yaxın Şərq regionunda gedən proseslər ilə bağlıdır. Əgər qarşıdurmalar daha da artsa, o zaman neftin qiyməti 80-100 dollar dəhlizində hərəkət edə bilər.
Qeyd edək ki, Qırmızı dənizdə gəmilərə hücumların artması, Suriya və İordaniya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarənin hücumu neft qiymətlərini qaldırıb. ABŞ əsgərlərinə hücum neftlə zəngin Yaxın Şərqdə daha genişmiqyaslı münaqişə ilə bağlı narahatlıqları artırıb. Yanvarın 28-də Suriya və İordaniya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçi ölüb, 30-dan çox əsgər yaralanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 dollardan hesablanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.