DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə fabrikə basqın edən şəxs girovları azad edərək təslim olub - VİDEO

Hazırda polislər silahlı şəxsin təslim olması və girovları azad buraxması istiqamətində səylərini davam etdirir.
Sputnik
BAKI, 2 fevral — Sputnik. Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda fəaliyyət göstərən ABŞ-nin “Procter & Gamble” şirkətinin fabrik binasına basqın edərək 7 işçini girov götürən İbrahim Y. təslim olub.
Təxminən 10 saatlıq danışıqlardan sonra o, girovları azad etməyə razılaşıb.
Fabrikə daxil olan polis qrupları İbrahim Y.-ni saxlayıb.
01.02.24, 18:22
Türkiyədə silahlı şəxs fabrikə basqın edib və işçiləri girov götürüb
Türkiyənin Kocaeli şəhərinin Gebze rayonunda fabrikə basqın edən naməlum şəxs, ilkin məlumata görə, 7 nəfəri girov götürüb.
Sputnik Türkiyə-nin xəbərinə görə, böyük ehtimalla, silahlı şəxs İsrailin Qəzzaya hücumlarına etiraz əlaməti olaraq bu əməli törədib.
"Gebze Sənaye Bölgəsində (GOSB) İhsan Dede prospektində təmizlik və şəxsi gigiyena məhsulları sahəsində fəaliyyət göstərən beynəlxalq bir firmanın fabrikində bəzi işçilərin silahlı şəxs tərəfindən girov götürüldüyü barədə polisə məlumat verilib. Bununla bağlı hadisə yerinə polis, jandarm və təcili tibbi yardım briqadası cəlb edilib" - xəbərdə deyilir.
Hazırda polislər silahlı şəxsin təslim olması və girovları azad buraxması istiqamətində səylərini davam etdirir.
***
Türkiyənin Kocaeli şəhərinin Gebze rayonunda "P&G" fabrikinin əsas binasına silahlı basqın edilib.
Bu barədə İHA məlumat yayıb.
Məlumata görə, silahlı şəxs fabrikdəki insanları girov saxlayıb.
Əraziyə çoxlu sayda polis cəlb olunub. Hadisənin detalları məlum deyil.