RUSİYA

Şoyqu: "Xüsusi hərbi əməliyyat iştirakçılarının seçkilərdə iştirakına hazırlıq görülür"

Hərbi qulluqçuların seçkilərdə iştirak məsələləri, onların ailə üzvləri və silahlı qüvvələrin mülki heyəti təfərrüatlı şəkildə hazırlanır.
Sputnik
BAKI, 2 fevral — Sputnik. Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyat iştirakçılarının Rusiya Federasiyasının prezident seçkilərində səs verməsi imkanının təmin edilməsinə xüsusi diqqət yetirir. Bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.
"Bu hadisə 2024-cü ildə siyasi həyatda ən əlamətdar hadisəyə çevriləcək. İlk dəfə olaraq səsvermə üç gün - martın 15-dən 17-dək davam edəcək. Ona hazırlıq son mərhələyə qədəm qoyub. Hərbi qulluqçuların seçkilərdə iştirak məsələləri, onların ailə üzvləri və silahlı qüvvələrin mülki heyəti təfərrüatlı şəkildə hazırlanır" - Şoyqu bildirib.
"Xüsusi hərbi əməliyyat zonasında şəxsi heyətin səsverməsinin təmin edilməsinə xüsusi diqqət yetirilir. Bu gün biz hərbi elektoratın seçki kampaniyasında iştirakına hazırlıq işlərinin necə getdiyini müzakirə edəcəyik" - nazir deyib.