RUSİYA

Rusiyanın ÜDM artımı inkişaf etmiş ölkələr və Avropa üzrə orta göstəricidən yüksəkdir

Mişustin bildirib ki, Rusiya Federasiyası ötən il sənaye istehsalında yaxşı nəticələr əldə edib. Ölkədə işsizlik rekord dərəcədə aşağı səviyyədədir.
Sputnik
BAKI, 2 fevral — Sputnik. 2023-cü ilin sonuna Rusiyanın ümumi daxili məhsulunun (ÜDM) artımı 3,5-4%-i keçə bilər ki, bu da dünya üzrə orta göstəricidən yüksəkdir.
Bunu Rusiyanın baş naziri Mixail Mişustin "Digital Almatı" forumunun plenar iclasında deyib.
Onun sözlərinə görə, sanksiyaların təzyiqinə baxmayaraq, belə göstəricilərə nail olunub.
"İlkin hesablamalara görə, ÜDM artımı 3,5% təşkil edib, bəlkə də bir az daha çox, 4%-ə qədər olacaq. Bu, Dünya Bankının yanvar ayında dərc olunmuş hesablamalarına əsasən, inkişaf etmiş ölkələr və Avropa üzrə dünyadakı orta göstəricidən yüksəkdir" - Baş nazir izah edib.
Mişustin həmçinin qeyd edib ki, Rusiya ötən il sənaye istehsalında yaxşı nəticələr əldə edib. Ölkədə işsizlik rekord dərəcədə aşağı səviyyədədir.
Bundan əvvəl Beynəlxalq Valyuta Fondu öz hesabatında 2023-cü ildə Rusiya iqtisadiyyatının artımını əvvəllər proqnozlaşdırılan 1,5-2,2 faizə qarşı 3 faiz səviyyəsində qiymətləndirib.