DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya əleyhinə sanksiyaların müəllifi ABŞ Maliyyə Nazirliyini tərk edib

Elizabet Rozenberqin müəllifi olduğu tədbirlər arasında Rusiya aktivlərinin dondurulması və neft qiymətlərinə tavanın tətbiqi də var.
Sputnik
BAKI, 2 fevral — Sputnik. Rusiyaya qarşı sanksiyaların hazırlanmasında iştirak edən ABŞ Maliyyə Nazirliyinin əməkdaşı Elizabet Rozenberq cümə günü (yəni bu gün-red.) departamentdəki vəzifəsini tərk edəcək.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Rozenberq özəl sektorda çalışacaq, lakin nazirlik bunun məhz harada olduğunu açıqlamayıb.
Elizabet Rozenberq Ağ Evin digər nümayəndələri ilə birlikdə Ukraynadakı döyüşlərə cavab olaraq Rusiyaya qarşı iqtisadi sanksiyaların hazırlanması üzərində işləyən qrupa daxil idi. Onun müəllifi olduğu tədbirlər arasında Rusiya aktivlərinin dondurulması və neft qiymətlərinə tavanın tətbiqi də var.
Onun yerinə Maliyyə nazirinin beynəlxalq məsələlər üzrə köməkçisi, əvvəllər Çin və İranla məşğul olan departamentlərdə çalışmış Anna Morris təyin ediləcək.
Qeyd edək ki, payızda Rusiya Prezidenti Vladimir Putin Qərbin sanksiyalarından sonrakı iqtisadi bərpa tamamlandığını bəyan edib. O, ölkədəki iqtisadi vəziyyəti sabit və balanslı adlandırıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, həmçinin Rusiya iqtisadiyyatına qarşı sanksiya blitskriq cəhdlərinin uğursuz nəticələndiyinə diqqət çəkib.