BAKI, 2 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin gündəliyi açıqlanıb. Bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, Vladimir Putin Ankarada türkiyəli həmkarı R.T.Ərdoğanla Ukraynadakı vəziyyəti müzakirə edəcək.
Liderlər, həmçinin ikitərəfli məsələlər və regional vəziyyət barədə fikir mübadiləsi aparacaqlar.
D.Peskov qeyd edib ki, Ankara Moskva ilə münasibətlərinə görə təzyiqlərə baxmayaraq, müstəqil siyasətini qoruyur.
Xatırladaq ki, daha əvvəl V.Putinin fevralın 12-də Türkiyəyə gedəcəyi bildirilmişdi.
29.01.24, 17:39
Putin gələn ay Türkiyəyə səfər edəcək - səbəb bəlli oldu
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri hazırlanır. Səfər fevral ayına planlaşdırılıb. Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
"Ukrayna nizamlanması mövzusu Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək danışıqlarda əsas mövzulardan biri olacaq", Uşakov bildirib.
Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi bildirib ki, Rusiya Ukrayna ilə danışıqlara hazır idi və indi də hazırdır, lakin danışacaq kimsə yoxdur: "Kiyev rusiyalılarla danışıqlara getməyi özünə qadağa qoyub"
"Biz danışıqlara hazır olmağımızla bağlı müxtəlif ölkələrdən gələn müraciətlərə cavab veririk. Deyirik ki, biz əvvəldən hazır idik və bu danışıqları kəsən biz deyildik, indi də hazırıq, amma danışmağa heç kim yoxdur. Çünki Ukrayna tərəfi təkbaşına qadağan olunmuş danışıqlar aparır", Uşakov qeyd edib.