BAKI, 2 fevral — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstana işgüzar səfərə gedib.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, Baş nazir Almatıda Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasına sədrlik edəcək. Bundan başqa, onun bir sıra görüşləri də gözlənilir.
Məlumata görə, Almatı görüşlərində ikitərəfli əlaqələrin inkişafının, regionda və dünyada baş verən proseslərin müzakirə olunacağı nəzərdə tutulur.