BAKI, 1 fevral — Sputnik. Azərbaycan və Serbiya Müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə ikitərəfli hərbi əməkdaşlıq danışıqları keçirilib.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb
Görüşün sonunda Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.
Xatırladaq ki, 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş imzalanıb.
2023-cü ilin dekabrın 10-da Azərbaycna Prezidenti İlham Əliyev Serbiya Respublikasına işgüzar səfər edib. Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edən Azərbaycan prezidenti səfəri çərçivəsində Serbiya hərbi texnika və avadanlıqları ilə də tanış olub.