RUSİYA

Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaq indi son dərəcə vacibdir - Peskov

Daha əvvəl "Politico" qəzeti öz mənbələrinə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Co Bayden Suriya-İordaniya sərhəddində ABŞ Silahlı Qüvvələrinə hücuma cavab tədbirlərinin işlənib hazırlanmasına göstəriş verib.
Sputnik
BAKI, 30 yanvar — Sputnik. Rusiya Federasiyası Yaxın Şərqdə gərginliyin artmasına səbəb olacaq hərəkətləri dəstəkləmir. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın İran hədəflərinə mümkün cavab zərbəsi ilə bağlı mətbuatda yayılan xəbərləri şərh edərkən bildirib.

"Biz regionda vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxaran, xüsusən də həddindən artıq münaqişə potensialı fonunda gərginliyin artmasına səbəb olan hər hansı hərəkəti alqışlamırıq" - Kreml nümayəndəsi bildirib.

O əlavə edib ki, Rusiya Federasiyası, əksinə, vəziyyətin gərginliyini azaltmaq üçün hərəkətləri alqışlayır.

"Biz hesab edirik ki, ümumilikdə gərginliyin səviyyəsi çox narahatedicidir, indi gərginliyin azaldılması üçün addımlar atmağın vaxtıdır. Heç olmasa bir şəkildə münaqişənin aradan qaldırılmasına və deeskalasiyaya nail olunması münaqişənin daha da genişlənməsinin qarşısını almağa kömək edə biləcək yeganə şeydir. İndi bu, bizim üçün son dərəcə vacibdir" - Peskov fikrini yekunlaşdırıb.

Daha əvvəl "Politico" qəzeti öz mənbələrinə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Co Bayden Suriya-İordaniya sərhədində ABŞ Silahlı Qüvvələrinə hücuma cavab tədbirlərinin işlənib hazırlanmasına göstəriş verib. Mümkün təkliflər arasında İran hərbçilərinə zərbə endirmək də var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
DÜNYA XƏBƏRLƏRİ
İran Suriya və İraqdakı qruplaşmaların hücumlarında iştirak etmir - İrəvani