RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukrayna ailələrinə təzminat ödəməmək üçün əsgərlərin ölümünü gizlədir

Amerikalı jurnalist Kleyton Morrisin sözlərinə görə, həlak olan ukraynalılar ümumi məzarlıqlarda basdırılır ki, onların cəsədləri sonradan tapılmasın.
Sputnik
BAKI, 29 yanvar — Sputnik. Kiyev rejimi həlak olan Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçilərini ailələrinə təzminat ödəməmək üçün itkin düşənlər siyahısına əlavə edir.
Bu barədə Rusiya mediası amerikalı jurnalist Kleyton Morrisin "YouTube"dakı video bloqunda söylədiklərinə istinadən xəbər verib.
Morrisin sözlərinə görə, itkiləri gizlətmək üçün həlak olan hərbçilərin gələcəkdə cəsədlərinin tapılma ehtimalını aradan qaldırmağa görə onları ümumi məzarlıqlarda basdırırlar.
"Əgər insanlar itkin düşsələr və döyüşlərdə həlak olmasalar, o zaman Ukrayna hökuməti onların ailələrinə pensiya və ya müavinət ödəmək məcburiyyətində deyil" - jurnalist bildirib.
Ukraynalı politoloq Oleq Soskin qeyd edib ki, Kiyev bu saylar açıqlandığı təqdirdə xalqın Prezident Vladimir Zelenskini hökuməti ilə birlikdə məhv edəcəyini bilir və buna görə də itkilərin həqiqi sayını gizlədir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynada xüsusi hərbi əməliyyat (XHƏ) başlayandan bəri Ukrayna Silahlı Qüvvələri 383 mindən çox hərbçisini (həlak olan və yaralanan), həmçinin 14 min tankını, piyadaların döyüş maşınlarını və zirehli transportyorlarını itirib.