RUSİYA

Putin: Rusiya və Belarus sanksiyalar şəraitində bir-birinə kömək edirlər

RF lideri qeyd edib ki, Rusiya və Belarusun misli görünməmiş xarici təzyiq şəraitində dünya miqyasında yaxından qarşılıqlı əlaqədə olması və bir-birinə daima həqiqi müttəfiq olaraq qarşılıqlı dəstək verməsi vacibdir.
Sputnik
BAKI, 29 yanvar — Sputnik. Rusiya Federasiyası və Belarus xarici təzyiq şəraitində bir-birinə kömək edir və qlobal və regional problemlərə ümumi yanaşmaya malikdirlər. Bunu Rusiya Prezidenti Vladimir Putin İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında bildirib.
"Rusiya və Belarusun misli görünməmiş xarici təzyiq şəraitində dünya miqyasında yaxından qarşılıqlı əlaqədə olması və bir-birinə daima həqiqi müttəfiq olaraq qarşılıqlı dəstək verməsi vacibdir. Ölkələrimizin cari qlobal və regional problemlərə yanaşmaları üst-üstə düşür və ya bir çox cəhətdən yaxındır. Rusiya və Belarusu ümumi mənəvi dəyərlər və ortaq tarix birləşdirir, iki ölkənin tərəfdaşlığı məhz bu möhkəm əsasda qurulur", Putin deyib.
Rusiyanın dövlət başçısı əlavə edib ki, iyulda Belarusun faşist işğalçılarından azad edilməsinin 80 illiyi, 2025-ci ilin mayında isə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi qeyd olunacaq:
"Bu, bizim üçün əlamətdar olan ən mühüm, yaddaqalan tarixlərdir. Rusiya və Belarusun əsl müttəfiqliyi və strateji tərəfdaşlığı elə möhkəm təməl üzərində qurulub ki, son 25 il ərzində onun çərçivəsində biz İttifaq Dövlətini birgə qururuq".
O xatırladıb ki, Belarus lideri Sankt-Peterburqda Leninqrad mühasirəsinin başa çatmasının 80 illiyi münasibətilə keçirilən anım tədbirlərində iştirak edib və bu tarix iki ölkə üçün də əlamətdardır.