BAKI, 29 yanvar — Sputnik. ABŞ administrasiyası "Rusiyanı elit idmanda təcrid etmək" üçün başlatdıqları kampaniyanın uğursuzluğundan ciddi narahatdır.
"Rusiya Xarici Kəşfiyyat Xidmətləri" mətbuat bürosu bu barədə məlumat verib.
"Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru S.E.Narışkinin dediyi kimi, informasiya xidmətinə daxil olan məlumata görə, ABŞ administrasiyası Rusiyanı elit idmanda təcrid etmək üçün başlatdıqları kampaniyanın uğursuzluğa düçar olmasından ciddi şəkildə narahatdır" - məlumatda belə deyilir.
Departament aydınlaşdırıb ki, beynəlxalq idman federasiyaları rusiyalıların yarışlarda iştirakının qarşısının alınması məsələsində ABŞ-ın mövqeyini nəzərə almaq istəmədiklərini göstərirlər. Hesabatda qeyd olunub ki, bunu Rusiyanın təşkil etdiyi "Gələcəyin Oyunları", "BRİKS ölkələrinin İdman Oyunları" və "Ümumdünya Dostluq Oyunları"nda şox sayda Qlobal Cənub ölkələrinin iştirak etmək arzusunu ifadə etməsi də göstərir.