"Bütün bəşəriyyət üçün belə genişmiqyaslı və mühüm konfransa ev sahibliyi etmək əlbəttə ki, çətin məsələdir. Azərbaycan bütün ölkələrlə əməkdaşlığa hazırdır və bu baxımdan Rusiyanın COP29-un keçirilməsinə yardım təklifini yüksək qiymətləndirir" - diplomatik nümayəndəliyin rəhbəri qeyd edib.
“Fürsətdən istifadə edərək, Rusiya Federasiyası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyətinə namizədliyimizi dəstəklədiklərinə görə təşəkkür etmək istərdim” - diplomatik nümayəndəliyin rəhbəri əlavə edib.
“Lakin, cənab Prezidentin özünün də qeyd etdiyi kimi, COP29-un miqyasını indiyədək Bakıda təşkil olunmuş tədbirlərlə müqayisə etmək olmaz. İki həftə ərzində paytaxtımız dünyanın hər yerindən 70 mindən çox xarici qonağı qəbul edəcək və onların arasında bir çox ölkələrin dövlət başçıları da gözlənilir. Qeyd edim ki, cənab Prezidentin sərəncamına əsasən 2024-cü il Azərbaycanda “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” elan edilib. Əminəm ki, Azərbaycan yüksək səviyyəli konfrans keçirəcək və şübhəsiz ki, bütün bəşəriyyət üçün iqlim gündəmində olan problemlərin həllinə öz töhfəsini verəcək” - Polad Bülbüloğlu fikrini tamamlayıb.